“Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Fərid Cabbarov (80 kq) Rusiyanın Tümen şəhərində qızıl medala sahib olub. Yeniyetmələr
arasında keçirilən yarışda əzmlə
mübarizə aparan idmançımız bütün rəqiblərini məğlubiyyətə uğradıb və beynəlxalq
turnirin qalibi adını qazanıb.