Abşeron Olimpiya
İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü idmançılar arasında sambo
üzrə Sabir Hüseynovun xatirəsinə həsr
olunmuş açıq Bakı turniri keçirilib. Yarışda 172 idmançı 10 çəki dərəcəsi üzrə
mübarizə aparıb.Klubumuzun samboçuları turnirin 11 medalını (5
qızıl, 1 gümüş, 5 bürünc) qazanıblar. Təmsilçilərimizdən Orxan Qəhrəmanov (50
kq), Rəvan Rüstəmli (60 kq), Adil Adilzadə (72 kq), Murad Məmmədov (84 kq) və
Məhəmməd Məmmədov (+84 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq turnirin qızıl
medallarına sahib olublar.