Mərakeşin
Kasablanka şəhərində yeniyetmə cüdoçular
arasında Afrika kuboku uğrunda beynəlxalq turnir sona yetib. Oktyabrda
Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xalları
verən yarışda gərgin mübarizə şəraiti müşahidə olunub.”Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində yer almış
cüdoçularından beşi mükafata layiq yer tutub. Təmsilçilərimizdən Aytac Qardaşxanlı (48
kq), Vüqar Talıbov (66 kq) və İbrahim Ağakişiyev (81 kq) yalnız final
mərhələsində məğlub olaraq gümüş medala layiq görülüblər. Ülviyyə Bayramova (52
kq) və Nəriman Mirzəyev (60 kq) isə Afrika kubokunu bürünc medalla tərk
ediblər.