Rusiyada keçirilən
güləş üzrə Avropa çempionatında bahadırlarımız gözəl və gərgin çıxışları ilə
yenidən adlarını güləşin tarixi səlnaməsinə sala biliblər.”Neftçi İdman Klubu”un
yetirməsi, 65 kq çəkidə döşək üzərinə çıxan pəhləvanımız Hacı Əliyev bu dəfə də rəqiblərinə heç bir şans buraxmayaraq finala vəsiqə qazandı.İlk görüşündə Hacı
Əliyev Avstriya, sonar Türkiyə və Serbiya güləşçilərini ram edərək finala vəsiqə
qazandı. Finalda rəqibi Rusiyadan olan tanınmış idmançı Bekbulatovla
qarşılaşdı. Gərgin keçən görüşdə 2:7 hesabı ilə arxada olan pəhləvanımız sona
altı saniyə qalmış 8:7 hesabda irəli çıxdı və ikinci dəfə Avropa çempionu adına
layiq görüldü.