“Neftçi İdman Klubu”nun 2004-2005, 2006-2007,
2008-2009, 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında şahmat
üzrə açıq birinciliyi keçirilib. Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş turnir Lökbatan
qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında baş tutub. Yarışda 47
idmançı qalib adı uğrunda mübarizə aparıb.2004-2005-ci il təvəllüdlülər arasında Nicat
Fərzəliyev qalib adını qazanıb. İlham Ağayev 2-ci, Elvin Haqverdiyev isə 3-cü
yeri tutub. 2006-2007-ci il təvəllüdlü şahmatçıların yarışında Cəbrayıl Zərbəliyev liderliyə yüksəlib. Əliqismət
Hüseynzadə və Üzeyir Əlizadə isə müvafiq olaraq 2-ci, 3-cü yerləri
bölüşdürüblər. Nuray Musayeva 2008-2009-cu il təvəllüdlülərin mübarizəsində
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tamerlan İbrahimli 2-ci, Fidan
Aşırlı isə 3-cü pillədə qərar tutub. 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı
idmançılar arasında Ayan Mirzəzadə bütün rəqiblərindən üstün olub. Aylin
Mütəllimzadə 2-ci, Ahu Şahmalıyeva isə 3-cü yerə çıxıb.Turnirin qalib və mükafatçılarına “Neftçi İdman Klubu” tərəfindən diplom və
xatirə hədiyyələri təqdim olunub.