“Neftçi
İdman Klubu”nun yetirməsi Şahanə Nəzərova (43 kq) Makedoniyanın Skopye
şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında gümüş
medala sahib olub. İdmançımız Bolqarıstan, Fransa və Rusiya təmsilçiləri
üzərində qələbə qazanaraq həm finala yüksəlib, həm də Argentinanın
Buenos-Ayres şəhərində keçiriləcək
yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Gərgin mübarizə
şəraitində keçən final görüşündə 2-2 bərabərlik qeydə alınsa da, texniki
üstünlük rəqibdə olub və güləşçimiz ikinci yerlə kifayətlənməli olub.