Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
stadionunda keçirilən atletika üzrə paytaxt birinciliyinə yekun vurulub.
Yarışda 2001-2002-ci il təvəllüdlü idmançılar bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun atletləri Bakı
birinciliyinin 4 medalını qazanıblar. Nizə atma yarışında Könül Əliyeva 18 metr
nəticə ilə qızıl medala sahib olub. Aysun Əhmədova (13,98 metr) 2-ci, Rəna
Nəsirova (11,12 metr) isə 3-cü yeri tutub.Nüvəitələmə
idman növündə Könül Əliyeva 8,30 metr nəticə göstərərək birinciliyin gümüş
medalına layiq görülüb.