Yunanıstanın paytaxtı Afinada keçirilən sambo üzrə Avropa çempionatı başa çatıb.2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa
Oyunlarına lisenziya verən yarışda “Neftçi İdman Klubu”nun üç samboçusu medallara layiq görülüb. Azərbaycan
millisinin heyətində təmsil olunan idmançılarımızdan Mehman Xəlilov (57 kq), Cavidan
Qarayev(62 kq) və Emil Həsənov (68 kq) əzmlə mübarizə apararaq Avropa
çempionatının bürünc medalına sahib olublar. Bununla bərabər, hər üç samboçumuz
II Avropa Oyunlarına lisenziya əldə edib.