Polşanın
Nidzitsa şəhərində xüsusi qrup insanlar arasında dama üzrə beşinci Avropa
çempionatı keçirilib.”Neftçi
İdman Klubu”nun təmsilçisi, beynəlxalq
usta Pərviz Həsənov mötəbər turnirdə böyük uğura imza atıb. Damaçımız
İsveçrə sistemi ilə keçirilən yarışda 7 tura 11 xal toplayaraq ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan
əlavə, idmançımız rapid (sürətli proqram) ümumi turnirində də 1-2-ci yerləri
bölüşərək yüksək ada layiq görülüb.