“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək
cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Cüdo
Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı
ilə keçirilən yarışda 30 komandadan 288 cüdoçu (254 oğlan, 34 qız) qalib adı
uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçisi, 63 kiloqram çəki
dərəcəsində çıxış edən Cəmalə Muqumova bütün qarşılaşmaları qələbə ilə başa
vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.