Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının stadionunda atletika üzrə respublika çempionatı keçirilib. Yarışda 15 klubdan
100-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun atletləri ölkə çempionatının 4 qızıl medalına sahib olublar. Təmsilçilərimizdən
Zəkiyyə Həsənova qadınlar arasında 100 metr (11.74) və 200 metr (24.55)
məsafəyə qaçış yarışlarında finişə ən tez çatan idmançı olub.Kişilərin
mübarizəsində Nazim Babayev uzunluğa tullanma yarışında 7,54 metr nəticə
göstərərək liderliyə yüksəlib. Orxan Qasımov isə nizə atma növündə 40,70 metr nəticə
ilə Azərbaycan çempionu olub.