Fransanın
Berk-sur-Mer şəhərində keçirilən paralimpiyaçı idmançılar arasında pauerliftinq
üzrə Avropa çempionatı davam edir.”Neftçi
İdman Klubu”nun təmsilçisi Elşən
Hüseynov yarışda əzmlə mübarizə apararaq qızıl medala sahib olub.
Paralimpiyaçımız bu uğura 230 kiloqram ağırlığın öhdəsindən gəlməklə
nail olub.