Ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü
üzrə beynəlxalq kubok yarışları keçirilib. Üç gün davam edən turnir Bakı,
Şabran və Xaçmaz rayonlarında təşkil olunub. Yarışda yerli təmsilçilərlə yanaşı,
16 xarici ölkədən olan idmançılar da mübarizə aparıblar. 250-dən çox idmançının
qatıldığı turnir tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq
standartlara uyğun idman xəritələri üzrə keçirilib. Elektron qeydolunma
sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi və
komanda hesabında qaliblər müəyyənləşib.”Neftçi
İdman Klubu”nun komandası böyük əzmkarlıq nümayiş etdirərək ümumi hesabda üçüncü yeri tutub.Qeyd edək
ki, Azərbaycan millisi qalib adını qazanıb və yarışın kubokuna sahib olub.