Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illik yubileyi münasibətilə “AAAF Park” Yaşayış Kompleksinin
yarış zalında pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir sona
yetib. Yarışda Azərbaycan ilə yanaşı, İran, Rusiya, Türkiyə və Gürcüstandan
yüzdən çox idmançı qüvvəsini sınayıb.Klubumuzun
pauerliftinqçilərindən 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmir
Tarverdiyev toplam 500 kq ağırlığın öhdəsindən gələrək qızıl medal qazanıb.
Gündüz Məmmədov (90 kq) isə 740 kq nəticə ilə gümüş medala layiq görülüb.