Azərbaycan Texniki
Universitetinin idman zalında qılıncoynatma üzrə açıq Bakı çempionatına yekun
vurulub.Klubumuzun yetirmələri turnirdə 7 medala (2 qızıl, 2
gümüş, 3 bürünc) yiyələniblər. Sablya növü üzrə keçirilən yarışda qadınlar
arasında Sevinc Bünyatova çempion adını qazanıb. Sevil Bünyatova gümüş, Nərminə
Cəfərova isə bürünc medala layiq görülüb. Kişilərin yarışında Cavanşir
Ağakişiyev qızıl medala sahib olub. Elvin Rzazadə 2-ci, Abdulla Həsənov və Murad
Əkbərov isə 3-cü yeri tutublar