“Neftçi İdman Klubu” İctimai Birliyi xalqımızı Mübarək
Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərini
çatdırır. Hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər
övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə
insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır. Mərhəmət, şəfqət və
bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun,
etdiyi dua və niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər
birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət
arzulayırıq. Allah orucunuzu qəbul etsin!