Sumqayıt
Olimpiya İdman Kompleksində 23 yaşlı cüdoçular arasında keçirilən respublika
birinciliyi başa çatıb. İki gün davam edən yarışda 49 komandadan 373 idmançı
(306 oğlan, 67 qız) medallar uğrunda mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu” birincilikdə 52 cüdoçu ilə təmsil olunub. İdmançılarımız yarışın
11 medalını (3 qızıl, 3 gümüş, 5 bürünc) qazanaraq, ümumkomanda hesabında
birinci yeri tutublar.Cüdoçularımızdan
73 kiloqram çəkidə çıxış edən Rüfət Məmmədov, Azər Yaqubov (90 kq) və Səkinə
Zairova (57 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Əli Nuriyev (73 kq),
Emil Hüseynov (81 kq), Fidan Hüseynova (63 kq) gümüş, Balabəy Ağayev(60 kq),
Naim Hüseynov (81 kq), Aslan Mirzəyev, Coşqun Abdullayev (hər ikisi 90 kq) və
Aytac Quluzadə (48 kq) isə bürünc medala layiq görülüblər.