Xorvatiyanın paytaxtı Zaqrebdə
yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Yarışda xalça üzərinə öncə
sərbəst güləşçilər çıxıblar.”Neftçi İdman Klubu”nun yığma
komandanın heyətində yer alan və təsəlliverici
görüşdə qələbə qazanan yeniyetmə sərbəst güləşçisi Əbülfəz Nəsirov bürünc medal
görüşünə haqq qazanıb. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan
pəhləvanımız bu qarşılaşmada Gürcüstan idmançısına da qalib gəlib və dünya
birinciliyinin bürünc medalına sahib olub.