“Neftçi İdman Klubu”nun on iki yaşadək futbolçulardan ibarət
komandası Gürcüstanın Kobuleti şəhərində təlim-məşq toplanışında olub. Səkkiz
gün davan edən toplantıda kiçikyaşlı futbolçularımız paralel olaraq beş yoxlama
oyununda bacarıqlarını nümayiş etdiriblər. Sevindirici haldır ki, Tural
Kərimovun yetirmələri bu qarşılaşmaların hamısını qələbə ilə başa vurublar.
Futbolçularımız Gürcüstanın “Çeatura”, Kabuleti İdman Məktəbi, “Bakuri”, Batumi
İdman Məktəbi, “Dinamo” (Batumi) komandalarını müvafiq olaraq, 3:2, 2:1, 3:1,
5:2 və 3:1 hesabı ilə məğlubiyyətə uğradıblar.