İstanbulda Vehbi Emrenin
xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq
turnir sona yetib.”Neftçi İdman Klubu”nun yığma
komandanın heyətində təmsil olunan üç pəhləvanı mükafatçılar arasına düşməyə
müvəffəq olub. Güləşçilərimizdən yalnız final görüşündə məğlub olan İslam Abbasov (87 kq) gümüş medala sahib olub.
Sakit Quliyev (60 kq) və Elvin Mürsəliyev (82 kq) isə turniri bürünc medalla başa vurublar.