Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz
aktivinə bir medal yazdırıb.73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən “Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov mötəbər
turnirin bürünc medalını qazanıb.Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182
qadın) cüdoçunun qüvvəsini sınadığı Qran-pridə Azərbaycan millisi
11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.