Belarusun paytaxtı Minskdə zorxana
idman növü üzrə Avropa çempionatı keçirilib.”Neftçi İdman Klubu”nun
təmsilçisi Orxan Xanlarov (70 kq) qitə yarışında əzmlə mübarizə apararaq 3
qızıl medala sahib olub. İdmançımız çərxi-çəməni, çərxi-tiz hərəkətlərində və
komanda yarışında bu uğura imza atıb.