“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kq) İtaliyanın
paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa birinciliyində turnirin qızıl medalını qazanıb.Pəhləvanımız çempionluğa gedən yolda ukraynalı Pərviz Nəsibovu, litva
təmsilçisi Titas Kerşeviçiusu, erməni Malxas Amoyanı, gürcüstanlı Nikoloz
Çikaidzeni və finalda isə rusiyalı Məhəmməd Yarbilovu məğlubiyyətə uğradıb.Təbii ki, ən prinsipial görüş erməni idmançısı ilə qarşılaşma olub. Malxas
Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək sona on saniyə qalmış
mübarizə aparmadan təslim olub.