“Neftçi İdman Klubu”nun on altı
yaşadək futbolçulardan ibarət komandası yeddi günlük təlim-məşq toplanışını
başa çatdırıb. Gürcüstanın Kobuleti şəhərində keçirilən toplantı dönəmində
komandamız üç yoxlama görüşündə bacarığını nümayiş etdirib.İlk qarşılaşmada “Bakuri”
komandasına 2:1 hesabı ilə qalib gələn futbolçularımız ikinci görüşdə Batumi
“Dinamo”suyla qolsuz bərabərə qalıblar. Komandamız sonuncu rəqibi “Qdani”ni isə
darmadağınla məğlubiyyətə uğradıb ­– 5:0.