Belarusun paytaxtı Minsk
şəhərində keçirilən cüdo üzrə açıq
Avropa çempionatına yekun vurulub. 40 ölkədən 390 idmançının (272 kişi, 118
qadın) qalib adı uğrunda yarışdığı çempionatında Azərbaycan millisi 12 cüdoçu
(4 kişi, 8 qadın) ilə təmsil olunub.”Neftçi İdman Klubu”nun yığma
komandamızın heyətində yer almış yetirmələrindən 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən
Elmar Qasımov mötəbər turnirdə böyük uğura imza atıb. Belə ki, idmançımız bütün qarşılaşmaları qələbə ilə başa vuraraq qitə çempionatının qızıl medalına sahib olub.