İtaliyanın paytaxtı Romada keçirilən
gənc güləşçilərin Avropa birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış sərbəst
güləşçisi, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə yalnız
həlledici final görüşündə məğlub olub və mötəbər turnirin gümüş medalına layiq
görülüb.Xatırladaq ki, yarışın əvvəlki günlərində yunan-Roma güləşçimiz Ülvi
Qənizadə (72 kq) Avropa çempionu adına sahib olmuşdu.