Futbol üzrə
Azərbaycan çempionatının I Divizionunda üçüncü turun oyunlarına start verilib.Bu tur
çərçivəsində “Qaradağ Lökbatan” “Keşlə-2” komandasını qəbul edib. Qaradağ
Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun komandamızın qələbəsi ilə
başa çatıb. Matçın start fiti verilən kimi irəli atılan futbolçularımız üstünlüyü
ələ alıblar. Bunun sayəsində komandamıza qələbə qazandıran qol çox da
gecikməyib. Oyunun 15-ci dəqiqəsində vurulan və qarşılaşmanın taleyini həll edən yeganə
qolun müəllifi Bəhruz Teymurov olub – 1:0. İkinci hissədə qapılara top
vurulmayıb və matç elə bu hesabla da sona yetib.