Velosiped
idmanının trek növü üzrə keçirilən Azərbaycan çempionatına yekun vurulub.”Neftçi
İdman Klubu”nun təmsilçisi Nofəl Nuriyev əzmlə mübarizə apararaq yeniyetmələr
arasında fərdi yarışda 3 kilometr məsafənin qətində gümüş medala layiq görülüb.Qeyd edək
ki, bugünlərdə Rizə şəhərində şose (dairəvi) növü üzrə təşkil olunan açıq
Türkiyə çempionatında digər velosipedçimiz Mahmud Məmmədov 25 kilometr məsafəyə
yürüşdə bürünc medal qazanmışdı.