Birinci
Divizionda VI turun oyunlarına yekun vurulub.Qaradağ Təlim-İdman
Bazasının stadionunda “Qaradağ Lökbatan” komandası “Turan Tovuz” klubu ilə
üz-üzə gəlib. Rəqibindən daha üstün oyun sərgiləyən komandamız 2:0 hesablı qələbəyə
sevinib. İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra futbolçularımız
on dəqiqə ərzində iki dəfə tovuzluları mərkəzə dəvət ediblər. Matçın 60-cı dəqiqəsində
Rövşən Şahmuradov, 70-ci dəqiqədə isə Camal Camalov adını tabloya yazdırıb.