Xaçmaz rayonunun Nabran meşə
zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə növbəti açıq
respublika çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik,
idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman
cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı
mübarizə aparıb. Çempionat elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilib.
Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən
çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.Turnirdə həm komanda hesabında,
həm də fərdi yarışlarda qaliblər müəyyənləşib. “Neftçi” İdman Klubu” komanda
hesabında açıq respublika çempionatının kubokunu qazanıb. “Dağçılıq” klubu ikinci,
Müdafiə Nazirliyinin komandası isə üçüncü yeri tutub.Fərdi yarışlarda bütün medallara klubumuzun
idmançıları yiyələniblər. Belə ki, Vladislav Tuzov qızıl, Gennadi Klim gümüş, Maksim
Baxoldin isə bürünc medala layiq görülüb.Qeyd edək ki, qaliblər oktyabr ayının sonlarında
Türkiyədə keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.