«Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə
keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına start
verilib.Klubumuz
ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif
növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam
böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi
daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə
Spartakiadadır.Bu il
neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası keçirilir. Yarışda 30 müəssisənin komandası mübarizə aparır. Bu
mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol,
stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts,
kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1412 nəfər iştirak edir ki, onlardan
da 334-ü qadınlardır. Yarışlar
Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura” İdman Klubunda, güllə
atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına
Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək. Oktyabrın 15-də start götürmüş Spartakiadaya adıçəkilən ayın 21-də yekun vurulacaq.XXVI Spartakiadanın təntənəli açılış
mərasimi oktyabrın 16-da saat 16:00-da Qaradağ
Təlim-İdman Bazasında təşkil olunacaq.Qeyd edək ki, Spartakiadaya mini-futbol, atletika və futtennis idman
növləri ilə start verilib.[medium=left]http://oilorg.302.digital/uploads/posts/2018-10/1539629088_725a0001.jpg[/medium