Neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasında daha iki idman növü –
daşqaldırma və güllə atıcılığı üzrə yarışlara yekun vurulub.Daşqaldırma idman növündə Heydər Əliyev adına Neft Emalı
Zavodunun komandası bütün rəqiblərini üstələyib. “Neft Daşları” Neftqazçıxarma
İdarəsi 2-ci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü yeri tutub.
Güllə atıcılığı üzrə yarışlarda kişilər arasında Neft Kəmərləri İdarəsi qalib
adını qazanıb. Heydər Əliyev adına NEZ və “SOCAR Petroleum” komandaları isə
müvafiq olaraq, 2-ci və 3-cü yerləri bölüşdürüblər.Qadınların mübarizəsində Heydər Əliyev adına Neft Emalı
Zavodunun kollektivi liderliyə yüksəlib. “Neft Daşları” NQÇİ 2-ci, “Qaz İxrac”
İdarəsinin komandası isə 3-cü pillədə qərarlaşıb.