Bu tarixi gün Azərbaycan xalqının milli iradəsinin, rəşadətli ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin tarixi təntənəsidir. 2023-cü il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenliyimiz və konstitusiya quruluşumuz tam bərpa edilmiş, üçrəngli bayrağımız respublikamızın hər bir guşəsində əbədi olaraq ucaldılmışdır.
Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin və suverenliyinin əbədi olmasını arzulayırıq!
