• Sentyabr 20, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Azərbaycanda neft-qaz sahəsində çalışan bütün peşəkarların bayramı qeyd edilir.

Hörmətli neft sənayesi işçiləri, sizi 20 sentyabr – Neftçilər günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Azərbaycan iqtisadiyyatının sütunu olan neft sənayesinin inkişafında, ölkəmizin işıqlı sabahı və tərəqqisi naminə hər birinizin göstərdiyi yorulmaz fəaliyyət, fədakarlıq və yüksək peşəkarlıq hər cür təqdirəlayiqdir.

Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti və gələcək fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.

Əziz neftçilər, peşə bayramınız mübarək olsun!