Hövsan Olimpiya
İdman Kompleksində böyüklər arasında yunan-Roma güləşi üzrə Bakı şəhər
çempionatı keçirilib.”Neftçi İdman
Klubu”nun təmsilçiləri yarışın 7 medalına (3 qızıl, 1 gümüş, 3 bürünc) sahib
olublar. Pəhləvanlarımızdan 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran
Mirzəliyev, Elcan Məmmədov (72 kq) və Tuncay Vəzirzadə (82 kq) bütün görüşləri
qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız
həlledici final qarşılaşmasından məğlub ayrılan Elməddin Ramazanov (87 kq)
gümüş medala layiq görülüb. Digər güləşçilərimiz – Elvin Mustafayev (63 kq),
Emin Zəkiyev (67 kq) və Eltun Əzimli (87 kq) isə paytaxt çempionatının bürünc
medalına yiyələniblər.