“Neftçi İdman
Klubu”nun təmsilçisi  Emin Həsənov Rumıniyanın
paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında böyük uğura imza
atıb. Belə ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən samboçumuz əzmlə
mübarizə apararaq 80-dən çox ölkənin qatıldığı mundialın  gümüş medalına sahib olub.Qeyd edək ki, dünya
çempionatı həm də ikinci Avropa Oyunlarına lisenziya xalları verir.