Abşeron Olimpiya İdman
Kompleksində sambo üzrə açıq Bakı çempionatına yekun vurulub.Doqquz çəki dərəcəsi üzrə
keçirilən yarışda “Neftçi İdman
Klubu”nun samboçuları uğurla çıxış ediblər. Belə ki, təmsilçilərimiz
çempionatın 9 qızıl, 4 gümüş və 4 bürünc medalına sahib olublar. İdmançılarımızdan
Nurlan İsmayılov (52 kq), Mehman Mehdizadə (57 kq), Əkbər Qarayev (62 kq), Fuad
Məmmədov (68 kq), Heydər Həşimov (74 kq), Nicat Orucov (82 kq), Qurban Qurbanov
(90 kq), Məhərrəm Zeynalov (100 kq) və Nadir Hüseynov (+100 kq) bütün
rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.