Bu gün futbol üzrə Azərbaycan
çempionatının I Divizionunda XII tura üç oyunla start verilib.”Qaradağ Lökbatan” Qaradağ
Təlim-İdman Bazasının stadionunda “Qarabağ-2” komandası ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyun daha çox tərəflərin qarşılıqlı hücumu ilə
müşayiət olunub. Buna baxmayaraq, futbolçularımız nümayiş etdirdikləri
əzmkarlıq sayəsində tədricən üstünlüyü ələ almağa müvəffəq olublar. Matçın
31-ci dəqiqəsində Bəhruz Teymurov komandamızın və qarşılaşmanın yeganə qoluna
imza atıb – 1:0. Bununla da “Qaradağ Lökbatan” növbəti 3 xalını qazanıb.