Noyabrın 26-da startı verilmiş kişilər
arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Respublika
Boks Mərkəzində təşkil olunan yarışda 28
komandadan 138 idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun dəri əlcək ustaları ölkə
çempionatının 3 medalına sahib olublar. Boksçularımızdan 81 kiloqram çəki
dərəcəsində çıxış edən Rauf Rəhimov bütün döyüşləri qələbə ilə başa vuraraq
Azərbaycan çempionu adını qazanıb. Mirmehdi Mehdizadə (52 kq) və Mətin
Mehrəliyev (91 kq) isə yarışı 3-cü pillədə başa vurublar.