Respublika Boks Mərkəzində gənc
taekvondoçular arsında Koreya səfirliyinin kuboku uğrunda turnir keçirilib.”Neftçi İdman Klubu”nun
təmsilçiləri də medallar uğrunda mübarizəyə qoşulublar. Gənc məşqçi Fərid Tağızadənin
yetirmələri yarışda iki medala layiq görülüblər. 55 kiloqram çəki dərəcəsində
çıxış edən Tulin Ələkbərova qızlar arasında rəqib tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb.Oğlanların mübarizəsində isə
Əyyub Qasımov (63 kq) turnirin bürünc medalına sahib olub.