Bakı Atıcılıq Mərkəzində güllə
atıcılığı üzrə Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun xatirəsinə həsr olunmuş
turnir keçirilib.Klubumuzun yetirmələrindən Ruslan
Lunyov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 581 xal toplayaraq bürünc medala yiyələnib.Zərif cinsin nümayəndələri
arasında eyni məsafəyə təşkil olunan yarışda (PTÇ-2) Nəzrin Abbaslı (550 xal)
gümüş medala layiq görülüb. Fatimə Novruzova isə 544 xalla 3-cü yeri tutub.