Respublika Olimpiya
Mərkəzində 2002-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında atletika üzrə
Bakı şəhər birinciliyi keçirilib.”Neftçi İdman
Klubu”nun təmsilçiləri nüvəitələmə yarışında 2 medala sahib olublar. Xanım
atletlərimizdən Könül Əliyeva 8,90 metr nəticə göstərərək gümüş medal qazanıb. Aysun
Əhmədova isə 6, 85 metr nəticə ilə paytaxt birinciliyini 3-cü
yerdə başa vurub.