“Sərhədçi” İdman
Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan
birinciliyinə yekun vurulub. Yarışda 80 komandadan 612 idmançı medallar uğrunda mübarizə aparıb.Birincilikdə “Neftçi İdman Klubu”nun təmsilçiləri də
bacarıqlarını nümayiş etdiriblər. Cüdoçularımız əzmlə mübarizə apararaq yarışın
13 medalına (5 qızıl, 8 bürünc) sahib olublar. Onlardan 50 kiloqram çəkidə
çıxış edən İsmayıl Qənbərli, Vüqar Talıbov (73 kq), Adil Adilzadə (81 kq), Aydan
Vəliyeva (36 kq) və Merve Azak (44 kq) bütün görüşləri qələbə ilə başa vuraraq
Azərbaycan çempionu adını qazanıblar.Ümumi
komanda hesabında ən yaxşı nəticə göstərən “Neftçi İdman Klubu” birinci yeri
tutub. “Cüdo 2012” klubu ikinci, Balaxanı Olimpiya İdman Kompleksinin
komandası isə üçüncü olub.Qeyd edək
ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində medala layiq görülmüş idmançılar
milli komandanın heyətinə cəlb olunacaqlar.