Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasının konfras zalında klubumuzun təşkilatçılığı ilə keçirilən futbol məşqçilərinin
növbəti seminarı başa çatıb. Dörd gün davam edən seminarın keçirilməsində əsas
məqsəd “Yeniyetmə və gənc futbolçuların inkişafında güc məşqlərinin rolu və
yeri”, eləcə də digər mövzularda müzakirələrin aparılması idi.”Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin
direktoru Məhərrəm Həsənov tədbir iştirakçılarına bu haqda geniş məlumat verdi.
Ardınca o, uşaq futbolunun əhəmiyyətindən söhbət açaraq, onlar arasından
istedadların üzə çıxarılması və qorunması barədə də fikirlərini çatdırdı.AFFA-nın Hakim və İnspektorlar Komitəsinin nümayəndəsi
Elçin Məmmədov isə seminar iştirakçılarına oyun qaydalarında olan yeniliklər
haqda ətraflı məlumat verdi və məşqçilərin müxtəlif suallarını cavablandırdı.