İsrailin paytaxtı Təl-Əvivdə
keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub. 53 ölkədən 373 cüdoçunun qatıldığı
yarış gərgin idman mübarizəsi şəraitində keçib.Azərbaycan millisi turniri 2 medalla başa vurub ki,
onların da hər ikisini ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri
qazandırıblar. Cüdoçularımızdan ən yüksək nəticəni İrina Kindzerska (+78 kq)
göstərib. İdmançımız ardıcıl olaraq fransalı Laura Fuseau, litvalı Sandra
Yablonskyte və sloveniyalı Anamari Velenşeki məğlub edərək finala yüksəlib. Həlledici
qarşılaşmada ukraynalı Yelizaveta Kalanina üzərində inamlı qələbə qazanan İrina
Kindzerska mötəbər turnirin qızıl medalına sahib olub. 90 kiloqram çəki dərəcəsində
mübarizə aparan Məmmədəli Mehdiyev isə bürünc medala layiq görülüb.