İranın Əndimeşk şəhərində yunan-Roma güləşi üzrə “Təxti
kuboku” beynəlxalq turniri keçirilib.
Sayca 39-cu dəfə təşkil olunan ənənəvi yarışda İran, Azərbaycan, Gürcüstan, Ermənistan,
Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanları mübarizə aparıblar.Klubumuzun
Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçilərindən ikisi
mükafata layiq yer tutub. İdmançılarımızdan 55 kiloqram çəki dərəcəsində çıxış
edən Ziyad Zeynalov və Arif Niftullayev (97 kq) beynəlxalq turnirin bürünc
medalına sahib olublar.