Fevralın
1-də Bakı İdman Sarayında startı verilmiş sambo üzrə respublika birinciliyi və
çempionatına yekun vurulub. Yeniyetmələr (2001-2003), gənclər (1999-2000) və
kişilər arasında təşkil olunan yarış gərgin mübarizələrlə yadda qalıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri böyük əzm nümayiş etdirərək turnirin 32 medalına
(12 qızıl, 10 gümüş, 10 bürünc) sahib olublar. Yeniyetmələr arasında Sahib
Babayev (48 kq), Nurlan İsmayılov (52 kq), Hacalı Qasımov (60 kq) və Rəvan
İsgəndərli (87 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını
qazanıblar. Gənclərdən Səməd Əliyev (52 kq), Mehman Mehdizadə (57 kq), Teymur
Allahverdiyev (74 kq), Vüqar Ağcayev (82 kq), Aslan İbrahimov (90 kq), kişilər
arasında isə Ağasif Səmədov (52 kq), Eyvaz Baxşıyev (57 kq) və Ceyhun Hüseynov
(82 kq) eyni uğura imza atıblar.