Futbol üzrə
Azərbaycan çempionatının I Divizionunda XIV turun oyunları keçirilib.İkinci dövrənin ilk qarşılaşmasında “Qaradağ
Lökbatan” komandası “Zaqatala” ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən
Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan matçın birinci
hissəsində hesab açılmayıb. Fasilədən sonra futbolçularımız daha çox aktivlik
nümayiş etdirərək üstünlüyü ələ alıblar. Belədə komandamıza qələbə gətirən qol
özünü çox gözlətməyib. Oyunun 51-ci dəqiqəsində Rüfət Məmmədovun vurduğu qol
Elçin Dərgahquliyevin yetirmələrinə qələbə qazandırıb. Bu, qarşılaşmada vurulan
yeganə qol olub və “Qaradağ Lökbatan” növbəti
üç xalını qazanıb.