Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük dəbilqə”
beynəlxalq turnirinə yekun vurulub.Doxsan yeddi ölkədən 570 cüdoçunun (334 kişi, 236 qadın) qalib adı
uğrunda mübarizə apardığı mötəbər yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi İrina
Kindzerska (+78 kq) yüksək nailiyyət əldə edib. Belə ki, Kamerun, Rusiya və
Yaponiya idmançıları üzərində inamlı qələbə qazanan xanım cüdoçumuz finala vəsiqəni
təmin edib. Həlledici görüşdə kubalı rəqibi İdalis Ortizə məğlub olan İrina “Böyük
dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.