“Neftçi
İdman Klubu”nun atleti Nazim Babayev Fransanın Metz şəhərində keçirilən
beynəlxalq elit turnirin qızıl medalına sahib olub. İdmançımız  üçtəkanla tullanma yarışında 16,67 metr nəticə
göstərərək bu uğura nail olub.Qeyd edək ki, Nazim Babayev bu nəticə ilə Fransa
təmsilçisi Mamadu Dia Çerifi (16,09 metr) və belaruslu atlet Dimitri
Platinskini (15,87 metr) qabaqlayıb.